İŞİD-dən Obamaya qanlı mesaj – FOTOLAR (18+)
Bizi izləyin

Dünya

İŞİD-dən Obamaya qanlı mesaj – FOTOLAR (18+)

ABŞ prezidenti Barak Obamaya səslənən İŞİD 70 iraqlı məhbusun azad edildiyi əməliyyatın intiqamını aldıqlarını açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD-in internetdə yerləşdirdiyi son görüntülərə görə, 4 kürd peşmərgəsi başı kəsilərək öldürülüb.

Amerika aksenti ilə ingilis dilində danışan İŞİD üzvü peşmərgələrdən birinin başını digər 3 peşmərgənin gözləri qarşısında kəsir. Təxminən 15 dəqiqəlik videoda 3 İŞİD üzvü digər 3 peşmərgəni də eyni üsulla öldürür. Qan donduran görüntülər terror təşkilatının sosial şəbəkələrdəki səhifələrində dərc olunub.

Xatırladaq ki, İraq silahlı qüvvələri, kürd peşmərgələri və ABŞ xüsusi təyinatlıları oktyabrın 25-də birgə keçirdikləri əməliyyatla 70 iraqlı əsiri İŞİD-in girovluğundan xilas edib. Əməliyyat zamanı bir Amerika xüsusi təyinatlısı ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm