Çinlilər ikinci uşaq üçün mart ayına qədər gözləməlidir
Bizi izləyin

Dünya

Çinlilər ikinci uşaq üçün mart ayına qədər gözləməlidir

Çində ikinci uşaq dünyaya gətirmək istəyənlər mart ayına qədər gözləməli olacaq.

Publika.az xəbər verir ki, Çin Milli Sağlamlıq və Ailə Planlaması Komissiyası ölkənin ən böyük qanunvericilik orqanı Milli Xalq Konqresinin mart ayındakı illik iclasında təsdiqlənənədək “tək uşaq siyasətinin” qüvvədə qalacağını bildirib.

Bu qanunun təsdiqlənmədən tətbiq edilməməsi ilə bağlı əyalətdəki səlahiyyətli nümayəndələrə də məlumat verilib.

Qeyd edək ki, Çində 1979-cu ildən tək uşaq siyasətini həyata keçirir. Ötən həftə isə ikinci uşağın dünyaya gəlməsinə icazə verilməsi ilə bağlı qərar qəbul edilib. Qərarın yaşlanan əhalinin qarşısını almaq və iqtisadiyyata dəstək məqsədi ilə qəbul edildiyi bildirilib.

Çində əhalinın sayının sürətlə artmasının qarşısını almaq üçün qəbul edilmiş “tək uşaq siyasətinə” görə, 1979-cu ildən bu günə qədər 400 milyon doğumun qarşısının alındığı bildirilir. Bu qaydaya əməl etməyənlərə isə işdən qovulmaq, pul cəzası, hətta zorla abort edilmə kimi müxtəlif cəzalar verilirdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm