• USD 1,7000 0,00% EUR 2,0272 +0,13%
    • GBP 2,2760 +0,20% RUB 0,0225 0,00%

Xalçasız döşəmənin sirri, imperiyanın idarə edildiyi malikanə – Stalinin bağ evindən FOTOLAR

  • Dünya
  • 2 Noyabr 2015 21:37
  • 3 004 Baxış
Xalçasız döşəmənin sirri, imperiyanın idarə edildiyi malikanə – Stalinin bağ evindən FOTOLAR

Soçinin mərkəzindən 5 kilometr məsafədə, “Yaşıl oyuq” adlandırılan sanatoriyanın ərazisində SSRİ diktatoru İosif Stalinin bağ evi bu günə kimi qalmaqdadır.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əvvəllər iki mərtəbədən ibarət olmuş əsas korpus hələ də mühafizə edilir. Onun ərazisi sonradan genişləndirilib. Binanın sol tərəfindəki hissə mətbəxdən, sağ tərəfi isə kino zalından və bilyard otağından ibarətdir. Binanın ikinci hissəsi ötən əsrin 50-ci illərində inşa edilib.

Bağ evində lüks şəraitli dörd otaq yerləşir. Dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşən bu gözəl məkanda insan sağlamlığı üçün hər şey var: - dağ qarlarının soyuq havası və evin qonaqlarını və sahibini daim əhatə edən dəniz küləyi.

Daxili həyətdə əvvəllər fəvvarə də olub. Lakin Stalin bura gələndən sonra təhlükəsizlik tədbirləri çərçivəsində fəvvarəni dağıdıb, əvəzinə bir neçə ağac əkiblər.

Bağ evi ağacla zəngindir – parket döşəmə və ağaclardan ibarət panel divar buna sübutdur. Stalinin burda dincəldiyi illərdə evin döşəməsinə xalçalar döşənməyib. Döşəmə ancaq ağacdan hazırlanmış parketdən ibarət olub. Çünki SSRİ rəhbəri xalçaları sevmirdi.

Bunun səbəbi təhlükəsizlik tədbirləri ilə əlaqədar olub. Stalin bilirdi ki, xalçasız parketin üstündə səssiz gəzmək mümkün deyil. Bağ evindəki xalçasız parketin üzərində addımlayan hər kəsin ayaq səsləri eşidilir.

Amma yerə xalça sərildikdə bu mümkün deyil.

Stalinin iclas keçirdiyi zal ikinci mərtəbədə yerləşir. Ağacdan hazırlanmış xüsusi döşəmə iclas zalına xüsusi akustika bəxş edirmiş. Buna görə də rəhbərin çox da uca olmayan səsi zalın hər küncündə aydın şəkildə eşidilirmiş.

Zaldakı stol və stullar müasirdir. Bağ evinin zalında Stalinin sadə, uzunluğu 1,8 metr olan taxtı da var.

Rəhbər at tükü doldurulmuş divanda əyləşərək sovet kinematoqraflarının ən yeni filmlərini izləyirmiş. Onun iş stolu ilə üz-üzə yerləşən masa isə katibin yazı masasıdır.

Bilyard otağında orijinal bilyard stolu bu günə kimi olduğu kimi qorunub saxlanər.

Anar Tağıyev

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR