Öcalanı yavaş -yavaş zəhərləyirlər - Qərar
Bizi izləyin

Dünya

Öcalanı yavaş -yavaş zəhərləyirlər - Qərar

Öcalanı yavaş -yavaş zəhərləyirlər - Qərar

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) hazırda Türkiyənin İmralı adasında həbsdə olan PKK lideri Abdullah Öcalanın etdiyi müraciətlə bağlı qərar verib.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, AİHM A.Öcalanın 2003, 2004, 2006 və 2007-ci illərdə etdiyi müraciətləri cavablandırıb.

Qərarda Türkiyənin Avropa İnsan Haqları Müqaviləsinin üç maddəsini pozduğunu, 7 və 8-ci maddələri isə pozmadığını bildirib. AİHM həbsxana şərtlərinin 2009-cu ilə qədər pozulduğunu, 2009-cu ildən sonra isə pozuntu olmadığına qərar verib.

PKK lideri onun barəsində qəbul olunan ömürlük həbs cəzasının (azadlığa çıxma ehtimalının olmaması) Avropa İnsan Haqları Müqaviləsinin 3-cü maddəsinə zidd olduğunu, həbsxanadakı həyat şərtləri ilə bağlı olan 8-ci maddənin pozulduğunu və həbsxanada xrom ilə sodiumla yavaş-yavaş zəhərləndiyini iddia edərək AİHM-ə müraciət etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm