Dnestryanı da Rusiyaya birləşmək üçün müraciət edib
Bizi izləyin

Dünya

Dnestryanı da Rusiyaya birləşmək üçün müraciət edib

Dnestryanı da Rusiyaya birləşmək üçün müraciət edib

Moldovanın separatçı Dnestryanı rejimi də Krımdan sonra Rusiyanın tərkibinə daxil olmaq istəyir.

Publika.Az – “Vedomosti”yə istinadən verdiyi məlumata görə, Dnestyanı “parlament”inin sədri Mixail Burla bununla Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət edib.

Müraciətdə bildirilir ki, Moldovanın Avropa İttifaqı ilə imzalayacağı assosiasiya haqqında müqavilə ilə məhdudlaşdırıcı iqtisadi addımların atılmasından sonra Dnestryanı ərazidə “ən mürəkkəb vəziyyət” yarana bilər. Müraciətdə qeyd olunub ki, 2006-cı ildə keçirilən “referendum”da Dnestryanı əhalisinin 97,2 faizi Rusiyaya birləşməyə tərəfdar çıxıb.

Dnestryanıda rus dilinin dövlət dili elan edilməsi və orada 200 min Rusiya vətəndaşının yaşadığı xatırlanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm