“Allah Kuzya”nın liderinə qarşı ikinci cinayət işi qaldırıldı
Bizi izləyin

Dünya

“Allah Kuzya”nın liderinə qarşı ikinci cinayət işi qaldırıldı

“Allah Kuzya” adlı böyük sektanın lideri Andrey Popova qarşı daha bir cinayət işi qaldırılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü Andrey Qaliakberov bildirib. Onun sözlərinə görə, birinci cinayət işi çərçivəsində toplanmış sübutlara əsasən, Rusiya Cinayət Məcəlləsinin 239-cu maddəsi ilə (qeyri-kommersiya təşkilatının yaradılması, vətəndaşların hüquqlarının pozulması) əlavə olaraq cinayət işi qaldırılıb.

2015-ci ilin sentyabrında saxlanılan Popova qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə (böyük ölçüdə dələduzluq) cinayət işi qaldırılmışdı. Sekta ilə bağlı olan 7 mənzildə aparılan axtarışlar zamanı 43 milyondan çox rubl və 100 min dollar, həmçinin spesifik ədəbiyyat aşkarlanıb.

1977-ci il təvəllüdlü Popov 1990-cı illərin sonlarında sektanın əsasını qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm