Dünya
MKİ-nin “kölgə”sindən şok iddia: Rusiya təyyarəsi içəridən partladılıb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgə”si hesab edilən“Stratfor” kəşfiyyat-analitik şirkəti oktyabrın 31-də Misirin Sinay yarımadasında qəzaya uğrayan Rusiya sərnişin təyyarəsi ilə bağlı öz versiyasını irəli sürüb.
Publika.az “Vedomosti” nəşrinə istinadən xəbər verir ki, şirkətin analitiklərinin fikrincə, “Koqalımavia” şirkətinə məxsus "Airbus 321" layneri içəridən bomba ilə partladılıb.
“Stratfor” digər versiyaları ağlasığmaz hesab edir. Bildirilir ki, kimsə bombanı özü ilə içəri keçirə bilib. Analitiklər hesab edir ki, laynerin düşmə anında Sinay yarımadası üzərinə partlayışın peykdən qeydə alınması da bu versiyanı gücləndirir.
“Stratfor”un analitikləri digər versiyalara şübhə ilə yanaşır.
1.Təyyarənin Sinay yarımadasındakı cihadçılar tərəfindən zenit-raket sistemi (PZRK) ilə vurulması. “Təyyarəni Sinaydakı cihadçıların daşına bilən zenit-raket kompleksi ilə vurulması ağlasığmazdır”,- məruzədə bildirilir.
Əksər hərbi analitiklər də bu fikirdədir ki, cihadçı qruplaşmaların əlində 10 kilometr yüksəklikdən uçan hava vasitəsini vura biləcək silah sistemləri yoxdur.
2. Texniki nasazlıq versiyası; məsələn, elektrik avadanlıqlarının sıradan çıxması. “Stratfor” bu versiyanı da şübhəli hesab edir. Cünki bu halda torpaq səthi ilə toqquşma zamanı mümkün qədər az zədə almaq üçün manevr cəhdlərinə təşəbbüs edilməli idi.
MKİ-nin kölgəsi olan analitik şirkətinin terror versiyası həm "Koqalımavia" şirkəti, həm də Rosaviasiyanın bəyanatları ilə daha da güclənir.
“Koqalımavia” aviaşirkətinin baş direktoru Aleksandr Snaqovski bəyan edib ki, təyyarənin havada parçalanmasının yeganə səbəbi kənar təsir ola bilər. O bildirib ki, təyyarə hansısa texniki sistemin nasazlığı üzündən havada parçalana bilməz.
A.Snaqovski təyyarənin hər iki mühərrikinin oktyabrın 26-da baroskopik testdən keçirildiyini və heç bir problem aşkarlanmadığını söyləyib: “Təyyarə düşməyə başlayarkən böyük ehtimalla ciddi zədələr alıb”.
Baş direktorun müavini Aleksandr Smirnov təyyarənin havada saatda 300 km-ə qədər sürətini azaltdığını və 1500 metr yüksəkliyə qədər endiyini söyləyib: “Həmin ana qədər təyyarə katastrofik zədələr alıb və idarəolunmaz hala gəlib”.
“Possiya 24” telekanalının efirində Rosaviasiyanın rəhbəri Aleksandr Neradko isə deyib ki, qəza yerindəki qalıqların xarakteri А321 təyyarəsinin havada çox böyük hündürlükdə dağıldığına dəlalət edir. “Hadisə yeri təxminən 20 kvadratkilometr sahəni əhatə edir. Təyyarənin elementləri 8 kilometrə yaxın uzunluğu və 4 kilometrə yaxın eni olan əraziyə ellips formasında səpələnib. Bütün bunlar təyyarənin çox böyük hündürlükdə dağılmasından xəbər verir”, - o, “Stratfor”un versiyasını gücləndirib.
Təyyarənin qəzasında texniki nazaslıq versiyasını arxa plana atan daha bir açıqlama ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) yüksək vəzifəli mənbədən gəlib. Mənbə NBC News telekanalına bildirib ki, ABŞ peyki qəza anında Sinay yarımadasının üzərində partlayışı qeydə alıb. Mənbənin sözlərinə görə, bu hava gəmisinin içində baş verən partlayışı göstərə bilər. “Bu partlayışın səbəblərindən biri də bomba ola bilər”, - Pentaqondakı mənbə söyləyib.
Xatırladaq ki, qəzanın ilk günündə İŞİD terror qruplaşmasının Sinay yarımadasındakı qolu hadisəyə görə məsuliyyəti üzərinə götürüb. Lakin terror versiyası Rusiya rəsmiləri tərəfindən qəti şəkildə rədd edilib. Amma Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dünən verdiyi açıqlama qəzanın səbəbləri arasında göstərilən terror versiyasının çəkisini artırır. Peskov hadisə ilə bağlı heç bir versiyanı, o cümlədən terror ehtimalının istisna edilmədiyini bildirib.
Ömər Dağlı
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var