Qələbədən sonra ilk böyük əməliyyat - VİDEO
Bizi izləyin

Dünya

Qələbədən sonra ilk böyük əməliyyat - VİDEO

Türkiyənin 18 vilayətində “Paralel dövlət”ə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatda 57 nəfərin saxlanılması barədə qərar çıxarılıb.

Onların arasında bir nömrəli şübhəli hesab olunan Fəthullah Gülən də var.

Əməliyyatın gedişatında valilər Ahmet Kaya, Mehmet Oduncu, Sadık Altınkaynak, Daxili İşlər Nazirliyinin Təftiş Komitəsinin müfəttişi Ferdə İreli, İzmir şəhərinin keçmiş polis rəisi Əli Bilkay, İzmir şəhərinin polis rəisinin keçmiş köməkçisi Mehmet Əli Şevik, İzmir şəhərinin mütəşəkkil cinayətlərlə mübarizə şöbəsinin rəisinin köməkçisi Taner Aydın, Eskişehir valisinin köməkçisi Məsud Kesen də daxil olmaqla 44 nəfər saxlanılıb. Onlardan 20-sinin barədə həbs qərarı verilib.

Siyahıda olan şəxslər “Hərbi gizli məlumat və sənəd saxlamaqda" və “Qanuni səlahiyyətlərini aşmaqda” ittiham olunurlar. Digər 13 nəfərin də saxlanılması üçün əməliyyat davam edir.

Daxili İşlər Nazirliyinin hazırladığı hesabata görə, Mehmet Oduncu və Məsud Kesen nazirliyin əməliyyat mərkəzindən əldə etdikləri məlumatları FETÖ-ya (Fəthullahçı Gülən Terror Təşkilatı) sızdırdıqları ortaya çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm