“Dispetçerlərlə ekipajın söhbəti göstərir ki...” – Qəzanın səbəbi
Bizi izləyin

Dünya

“Dispetçerlərlə ekipajın söhbəti göstərir ki...” – Qəzanın səbəbi

Oktyabrın 31-də Misirin Sinay yarımadasında qəzaya uğrayan Rusiya sərnişin təyyarəsinin pilotları nasazlıq haqqında informasiyalara malik olmayıblar.

Publika.az “İnterfaks” agentliynə istinadən xəbər verir ki, bu barədə Misirin paytaxtı Qahirədəki məlumatlı mənbə bildirib.

“Dispetçerlərlə ekipajın danışıqlarının yazısı göstərir ki, layner radarlardan itəndən əvvəl “ştat uçuşu üçün qeyri-xarakterik səslər” olub, ancaq pilotlar fəlakət siqnalını verməyiblər. Ekipaj dispetçerlərlə adi danışıqlar aparırdı və texniki nasazlıq barədə heç nə bildirilməyib. Danışıqların yazısına görə, ştatdankənar vəziyyət qəflətən olub və ekipaj üçün gözlənilməz vəziyyət yaradıb”, - mənbə deyib.

Daha əvvəl Amerikanın CBS və NBC telekanalları bildirib ki, ABŞ peyki Sinay yarımadasının üstündə infra-qırmızı parıltını qeydə alıblar. Telekanalların məlumatına görə, parıltının səbəbi yanacaq bakında və ya mühərrikdəki partlayış ola bilər. Həmçinin bombanın partlaması variantı da istisna edilmir.

Misir hökumətinin bəyanatına əsasən, Rusiya laynerinin qəzası haqqında məruzənin hazırlanması dörd həftə çəkə bilər.

Qeyd edək ki, “Koqalımavia” şirkətinə məxsus "Airbus 321" layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sina yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm