Diyarbəkirdə qarşıdurma: 1 nəfər öldürüldü - VİDEO
Bizi izləyin

Dünya

Diyarbəkirdə qarşıdurma: 1 nəfər öldürüldü - VİDEO

Küçəyə çıxma qadağasının tətbiq olunduğu Türkiyənin Diyarbəkir vilayətinin Silvan mahalından ölüm xəbəri gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, silahlı qarşıdurmada 22 yaşlı Müslüm Tayyar həyatını itirib.

Qeyd edək ki, Silvan mahalının 3 məhəlləsində PKK-çı terrorçuların qazdığı xəndəklərin doldurulması üçün bu gün saat 05:00-dən etibarən küçəyə çıxma qadağası elan edilib. Tekel, Məscid və Konak məhəllələrində səhər saatlarından təhlükəsizlik gücləri ilə terrorçular arasında qarşıdurmalar davam edir. Hər üç məhəllədən silah və partlayış səsləri eşidilir.

Əməliyyata vertolyotlar havadan dəstək verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm