
Türkiyə baş nazirinin köməkçisi Yalçın Akdoğan NTV telekanalının efirində parlament seçkilərindən sonra PKK probleminin həlli prosesində yaranan vəziyyəti qiymətləndirib.
Publika.az xəbər verir ki, Akdoğan PKK terror təşkilatı ilə mübarizə aparıldığını və İmralı ilə görüşmək üçün şərtlərə yenidən baxılmalı olduğunu vurğulayıb.
“Öcalanı da diri-diri İmralıya basdırdılar. Bunlar Ərdoğan əleyhdarlığı kimi görünərək Öcalanı batırmağa çalışdılar”, - baş nazirin müavini deyib.
Ömər Dağlı