Nişanlısı ilə qaçan 19 yaşlı qızı belə öldürdülər - VİDEO 18+
Bizi izləyin

Dünya

Nişanlısı ilə qaçan 19 yaşlı qızı belə öldürdülər - VİDEO 18+

Əfqanıstanın Qor əyalətində nişanlısı ilə qaçmaq istəyən 19 yaşlı qız vəhşicəsinə qətlə yetirilib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, qız daş-qalaq edilərək öldürülüb. Onun 23 yaşlı nişanlısı isə asılıb.

İnternetdə qızın daşqalaq edilməsini əks etdirən 2 dəiqəlik video yayıb. Video görüntüdə ətrafa toplaşan kişilər qızın fəryadına məhəl qoymadan onu daşa basırlar.

Məlumata görə cütlük evlənmək üçün ailələrini tərk edibmiş.

Qor əyalətinin qadınlar üzrə nümayəndəsi Məsumə Ənvari əyalətdə qadın hüquqlarının bərbad vəziyyətdə olduğunu və yerli hakimiyyətin bu cür halların qarşısını almaqda gücsüz qaldığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm