Müxalifət koordinatlar verdi: Rusiya bombaladı
Bizi izləyin

Dünya

Müxalifət koordinatlar verdi: Rusiya bombaladı

Suriyadakı Rusiya hərbçiləri mötədil Suriya müxalifətinin məlumatı əsasında terrorçuların mövqelərinə hava zərbələri endirib.

Publika.az xəbər verir ki, bu barədə general Andrey Kartapalov məlumat verib. Onun özlərinə görə, Rusiya hərbçiləri artıq terrorçulara qarşı birgə əməliyyat barədə razılıq əldə ediblər və hədəflərin verilməsi üçün mötədil müxalif döyüşçüləri ilə əməkdaşlıq edirlər.

Qeyd edək ki, mötədil müxalifət Suriya prezidenti Bəşər Əsədə və İslam Dövləti qrupuna qarşı mübarizə aparır. Rusiya isə bu münaqişədə daha çox hakim rejimi müdafiə edir.

Rusiya sentyabrın 30-dan Suriyada hava zərbələri həyata keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm