PKK-nın “boz” lideri öldürüldü
Bizi izləyin

Dünya

PKK-nın “boz” lideri öldürüldü

PKK terror təşkilatının “Dersim Şərq qərargahı”nın “Şiyar" kod adlı rəhbəri Cəlal Candemir öldürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bölgədəki etibarlı hərbi mənbələrdən alınan məlumata görə, Cəlal Candemir oktyabrın 31-də Tunceli vilayətində vurulub.

Terror təşkilatına 2013-ci ildə qatılan Candemir Daxili İşlər Nazirliyinin dərc etdiyi “Axtarılan terrorçular” siyahısında “boz” kateqoriyada yer almışdı.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi oktyabrın 28-də axtarılan terrorçuların siyahısının olduğu internet saytı hazırlayıb. Axtarılan terrorçuların adları qırmızı, mavi, yaşıl, narıncı və boz kateqoriyalara ayrılıb.

Qırmızı kateqoriyada təhlükəlilik dərəcəsi ən yüksək olan şəxslərin adları yer alıb. Camaat lideri Fəthullah Gülən və PKK terror təşkilatının liderləri Cəmil Bayık, Murad Karayılan, İlhami Balı və Duran Kalkan qırmızı kateqoriyaya daxil edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm