Şimon Peres: "İsrail yox ola bilər..."
Bizi izləyin

Dünya

Şimon Peres: "İsrail yox ola bilər..."

Sülh əldə edilənə qədər müharibə davam edəcək.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin sabiq prezidenti Şimon Peres deyib. O bildirib ki, bölgədə Fələstin dövlətinin qurulması qaçılmazdır:

“Yəhudi dövləti olaraq kiçik torpaqlara sahib olmağımız daha yaxşıdır. Heç bir dövlət sonsuza qədər müharibə apara bilməz. Mütləq şəkildə sülh əldə olunmalıdır. Əks halda, İsrail yəhudi dövləti olaraq mövcudluğunu qoruyub saxlaya bilməyəcək”.

Qeyd edək ki, mart ayında İsrailin Baş naziri Benyamin Netanyahu bölgədə Fələtsin dövlətinin qurulmasına imkan verməyəcəyini açıqlamışdı. Lakin beynəlxalq dairələrin sərt tənqidindən sonra dediyini təkzib etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm