İranda dəhşət: İki bacının üzü yandırıldı...
Bizi izləyin

Dünya

İranda dəhşət: İki bacının üzü yandırıldı...

İranın Mərənd şəhərində naməlum şəxs 20 və 22 yaşlı iki bacıya sulfat turşusu ilə hücum edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, zərərçəkənlər artıq xəstəxanaya yerləşdirilib. Mərənd polisinin sözlərinə görə, şübhəli şəxs artıq tutulub. Polis hadisənin tamamilə şəxsi zəmində baş verdiyini bildirib.


Qeyd edək ki, bundan əvvəl də İranda qadınlara qarşı belə hücumlar qeydə alınıb. Hücumların əksəriyyəti hicabsız xanımlara qarşı və naməlum şəxslər tərəfindən həyata keçirilib. Bəzi məlumatlara görə, belə hücumlar, adətən, radikal Bəsic qüvvələri (hökumət tərəfdarı olan yarımsilahlı dəstələr), bəzi hallarda isə qadınların kişi qohumları tərəfindən törədilir.

Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm