Obamadan kritik qərar: Anti-Rusiya büdcəsi 4 dəfə artırıldı
Bizi izləyin

Dünya

Obamadan kritik qərar: Anti-Rusiya büdcəsi 4 dəfə artırıldı

Vaşinqton Rusiyaya qarşı informasiya-təbliğat fəaliyyətinə ayrılan maliyyənin 4 dəfə artırılması barədə qərar qəbul edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə müavini Bencamin Ziff Senatın xarici işlər komitəsində bildirib.

Amerikalı diplomatı maliyyənin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə ayrıldığını deyib. “Avrasiya və Cənub-Şərqi Avropada vətəndaş cəmiyyəti və müstəqil KİV-in dəstəyi” adlı proqramın icrasına 66 milyon xərclənəcək.

Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, şəxsən prezident Barak Obama bu hədəflər üçün büdcədən maliyyənin ayrılması barədə göstəriş verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm