Əsədin daha bir qələbəsi: İŞİD-in yolunu kəsdi
Bizi izləyin

Dünya

Əsədin daha bir qələbəsi: İŞİD-in yolunu kəsdi

Suriya ordusu Xüms vilayətinin Salyamiya şəhərindən Hələb şəhərinə gedən avtomagistrala nəzarəti ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən “RİA-Novosti” agentliyi məlumat yayıb. Məlumata görə, magistral minalardan təmizlənir. Yolun hərəkət üçün noyabrın 5-də açılması planlaşdırılır. Mənbə bildirib ki, bu yol Suriya ordusunun təchizatında mühüm rol oynayır.

Bundan başqa Həma və Hələb şəhərləri arasında yerləşən Hənasir bölgəsi, Atriyə qəsəbəsi və Sələmiyyə rayonunun da Suriya ordusunun nəzarətinə keçdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm