Türkiyə PYD-yə qarşı müttəfiqini Suriyada tapdı
Bizi izləyin

Dünya

Türkiyə PYD-yə qarşı müttəfiqini Suriyada tapdı

Suriyanın müxalifət qruplardan olan Şam Ordusu (“Ceyş'ül Şam”) PYD-yə (PKK terror təşkilatının Suriya qolu) qarşı Türkiyə ilə birlikdə hərəkət edəcək.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın lideri Məhəmməd Bazarbaşi söyləyib.

Məhəmməd Bazarbaşi kiçik qrup olan Şam Ordusunu bir ay ərzində 3 min nəfərlik gücə çevirdiklərini deyib. Rusiyanın Suriyada həyata keçirdiyi hava əməliyyatlarına toxunan Bazarbaşi Dəməşq rejiminə dəstək verən İran kimi Rusiyanın da işğalçı olduğunu bildirib. O, yalnız Əsədin deyil, BAAS rejiminin tamamilə getməsini istədiklərini vurğulayıb.

“Əsəd və ya rejimin keçmiş ünsürlərinin olduğu heç bir həll varinatını qəbul etmirik”, - Şam Ordusunun rəhbəri qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm