Saakaşvilinin “qurşaqdan aşağı zərbə”si: “Siz Ukraynanı...”
Bizi izləyin

Dünya

Saakaşvilinin “qurşaqdan aşağı zərbə”si: “Siz Ukraynanı...”

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili baş nazir Arseniy Yasenyuka “qurşaqdan aşağı zərbə” vurub.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, qubernator baş nazirin hücumuna “Facebook”dakı səhifəsində cavab verib.

Mixail Saakaşvili Gürcüstan prezidenti postunda olduğu müddətdə əldə etdiyi müvəffəqiyyətlərlə Yasenyukun baş nazir olduğu müddətdə qazandığı nailiyyətləri müqayisə edib.

“Bir halda ki, baş nazir məni tənqid edir, o halda Gürcüstanda həyata keçirdiyi islahatların bəzilərini sadalamaq istəyirəm. Müharibəyə və geosiyasi gərginliyə baxmayaraq mənim rəhbərliyim dövründə iqtisadiyyatdakı artım iki rəqəmlə ifadə olunurdu. Amma son iki ildə Ukrayna iqtisadiyyatındakı vəziyyət təəssüf ki, faciəvidir. Mən dövrümdə Gürcüstanda kölgə iqtisadiyyatının səviyyəsi 60 faizdən 5 faizə qədər azaldı. Amma Yasenyukun dövründə bu göstərici 32 faizdən 48 faizə qədər artdı. Mənin dövrümdə Gürcüstan biznesin idarə olunması üzrə Dünya Bankının reytinqində 8-ci yerə yüksəlib. Amma Ukrayna 72-ci yerdədir. Mənim dövrümdə biznes-subyektlər arasında korrupsiyasının reytinqi 80 faizdən 2 faizə qədər azaldı, amma Ukraynada son zamanlar 80 faizə qədər artıb. Ukrayna təəssüf ki, ən pis Afrika göstəricilərinin səviyyəsinə qədər çöküb”, - Saakaşvili yazıb.

Qubernator həmçinin cinayət işlərinə görə, onun Gürcüstana qayıda bilmədiyini deyən baş nazirin sözlərini qəbuledilməz adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm