“Forbes” dünyanın ən güclüsünü seçdi
Bizi izləyin

Dünya

“Forbes” dünyanın ən güclüsünü seçdi

Amerikanın “Forbes” jurnalı “dünyanın ən güclü insanı”nı seçib.

Publika.az xəbər verir ki, jurnal ötən iki il olduğu kimi Rusiya prezidenti Vladimir Putini “dünyanın ən güclü insanı” elan edib.

“Forbes” bu qərarına səbəb olaraq Putinin dünyada istədiyini edə biləcək və buna görə də başqalarına hesab vermək məcburiyyətində qalmayan çox az sayda adamdan biri olduğunu sübut etməsini göstərib. Rusiyadakı iqtisadi problemlərin də Putini incitmədiyini qeyd edən jurnal onun ölkədəki reytinqinin 89 faizə çıxdığını xatırladıb.

“Putin oktyabr ayında Suriyada İŞİD-i bombalayaraq və Suriyanın dövlət başçısı Bəşər Əsədlə üz-üzə görüşərək ABŞ və NATO-nun zəif görünməsinə səbəb oldu. Bununla da Rusiyanın ölkə xaricindəki təsirini yenidən gücləndirdi”, - jurnal yazıb.

75 nəfərlik siyahıda ikinci sırada Almaniya kansleri Angela Merkel, üçüncü sırada isə ABŞ prezidenti Barak Obama yer alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm