NATO-nun baş katibi hərbi təlimlərin məqsədini açıqladı
Bizi izləyin

Dünya

NATO-nun baş katibi hərbi təlimlərin məqsədini açıqladı

NATO-nun baş katibi alyansın iri hərbi-təlim məşqlərinin məqsədini açıqlayıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərdə məqsəd öz imkanlarını yoxlamaq və mümkün düşmənlərə qarşı aydın siqnaldır.

NATO-nun rəhbəri Jens Stoltenberg təlimlərin yeni təhlükəsizlik şəraiti və təşkilatın yeni vəziyyətə uyğunlaşması baxımndan vacib olduğunu vurğulayıb. O buna Şimali Afrika və Yaxın şərqdə qeyri-sabitlik və ifratçılıq, İslam Dövləti qrupunun qəddarlığı, Rusiyanın Suriya və Aralıq dənizində hərbi iştirakının genişlənməsi və Ukraynadakı təcəvüzkar hərəkətini misal göstərib.

Oktyabrın 19-da İspaniyada başlayan təlimlərdə 30 ölkədən 36 min hərbçi, onlarla təyyarə və gəmi iştirak edir.

Hərbi təlimlər noyabrın 6-da başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm