Suriya ilə bağlı plan dəyişdi: Ərdoğan da elan edib ki...
Bizi izləyin

Dünya

Suriya ilə bağlı plan dəyişdi: Ərdoğan da elan edib ki...

“Suriyanın demokratik gücləri” ilə əməkdaşlıq ABŞ prezidenti Barak Obamanı yeni dilemma qarşısında qoyur.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazıb.

Nəşrin yazdığına görə, Vaşinqtonun sözügedən qüvvə ilə əməkdaşlığı Suriyada münaqişəni daha da kəskinləşdirə bilər: “ABŞ Suriya münaqişəsində ərəb və kürd gücləri timsalında şübhəli müttəfiq tapıb. “Suriyanın demokratik gücləri” ilə ittifaq yaratmaqla Vaşinqton çox təhlükəli addım atır. Problem ondan ibarətdir ki, “Suriyanın demokratik gücləri” bilavasitə Kürd Xalq Özünümüdafiə Dəstəsi (YPG) ilə bağlıdır. YPG isə Kürdüstan İşçi Partiyasının (PKK) qoludur. Suriyalıların çoxu YPG-yə etibar etmirlər, çünki bu qüvvənin şəxsi hədəfi var: Suriyanın şimalında muxtar region yaratmaq. “Amnesty International” insan hüquqları üzrə təşkilatın məlumatına görə, YPG döyüşçüləri İŞİD-ə dəstək verdiyi bəhanəsi ilə etnik təmizləmə siyasəti yürüdür”, - alman nəşri qeyd edib.

Qəzet bildirir ki, əgər “Suriyanın demokratik gücləri” kürd milli birləşməsi kimi qəbul edilərsə, o halda ona münaqişənin nizama salınmasında müttəfiq kimi bel bağlamaq mənasızdır: “Kürd gücləri ərəblərin ərazilərinə irəliləyərək onları cihadçılara hədiyyə edə bilər. Çünki kürdlər və ərəblərin arasında düşmənçilik Suriyada möhkəm kök salıb”.

“Der Spiegel” nəşri bildirir ki, ikinci problem də mövcuddur: “Türkiyə Suriya münaqişəsində ABŞ-ın əsas müttəfiqlərindən biridir. Türkiyə PKK və onun Suriya qolunu terrorçu təşkilatlar hesab edir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da daha əvvəl elan edib ki, sonunçu kürd terrorçusu məhv edilənə kimi ölkə vuruşacaq. Beləliklə, Birləşmiş Ştatlar “Suriyanın demokratik gücləri”nə dəstək verməklə türk-kürd münaqişəsini ağırlaşdıracaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm