Fransa “Şarl de Qoll”u İŞİD-lə döyüşə göndərir
Bizi izləyin

Dünya

Fransa “Şarl de Qoll”u İŞİD-lə döyüşə göndərir

Fransa yaxın vaxtlarda Yaxın Şərqə “Şarl de Qoll” təyyarədaşıyan gəmisi də daxil olanmaqla donanma göndərəcək.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Europe 1” telekanalı bildirib.

Hərbi donanma “İslam dövləti”nə (İŞİD) qarşı əməliyyatlarda iştirak edəcək. Gəmilərin Aralıq dənizində, yaxud da Fars körfəzində mövqe tutacağı hələlik məlum deyil.

Qeyd edək ki, “Şarl de Qoll” atom təyyarədaşıyan gəmisi Fransa hərbi dəniz donanmasının lideridir. “Şarl de Qoll” hazırda fransız donanmasının yeganə aviadaşıyıcısıdır. Atom güc qurğusu ilə təchiz edilən suüstü döyüş gəmisi Fransa Hərbi Dəniz Qüvvələrinin tərkibinə 2001-ci ildə daxil edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm