İranın 49 nəfərlik terror qrupu aşkarlandı
Bizi izləyin

Dünya

İranın 49 nəfərlik terror qrupu aşkarlandı

Bəhreyndə İranın dəstəklədiyi böyük bir terror qrupu çökdürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin rəsmi informasiya agentliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin açıqlamasında qrupun 47 üzvünün həbs olunduğu bildirilib. Məlumata görə, qrupun üzvləri ölkədə genişmiqyaslı terror aktları həyata keçirməyi planlaşdırırmış. Həbslərdən sonra aparılan axtarışlar nəticəsində qrup üzvlərinin qaldıqları ünvanlarda xeyli miqdarda silah və partlayıcı maddələr aşkarlanıb.

İstintaq zamanı qrup üzvlərinin birbaşa İranla bağlı olduğu müəyyənləşdirilib. Saxlanılan şəxslərin İranda xüsusi təlim aldığı bildirilir.

Bəhreyn Xarici İşlər Nazirliyi İran təhdidinin ölkəsi üçün İŞİD təhdidindən daha təhlükəli olduğunu açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm