Kadırov: “Mənə qarşı sui-qəsdin sifarişçiləri...”
Bizi izləyin

Dünya

Kadırov: “Mənə qarşı sui-qəsdin sifarişçiləri...”

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov ona qarşı sui-qəsddə Suriya izi tapıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Kadırov NTV telekanalına müsahibəsində sui-qəsdin sifarişçilərinin hazırda Suriyada olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 2-də Çeçenistanın hüquq-mühafizə orqanları prezident Ramzan Kadırova qarşı sui-qəsdin qarşısını alıblar. Məlumata görə, hüquq-mühafizə orqanları 20-yə qədər gənci Arqune vilayətində saxlayıb.

Lakin saxlanılanlar Ramzan Kadırov tərəfindən bağışlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm