Dünya sona doğru gedir, geri dönüş yoxdur – ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

Dünya sona doğru gedir, geri dönüş yoxdur – ŞOK PROQNOZ

On min il ərzində dünya okeanının səviyyəsi təxminən 3 metr yüksələcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu qənaətə Almaniya alimləri cənub qütbündə apardığı araşdırmalardan sonra gəliblər.

Alimlər Qərbi Antarktikadakı buz təbəqəsini araşdırıblar. Okean suyundakı istiliyin artması nəticəsində Qərbi Antarktidadakı buz təbəqəsinin də əriməyə başladığı müəyyənləşdirilib. Potsdam İqlim Araşdırmaları İnstitutundan Yohannes Feldman dəniz səviyyəsinin aşağı sürətlə yüksələcəyini, ancaq prosesin geri dönüşünün olmadığını deyib.

Araşdırmanın nəticələri ABŞ-nın tanınmış elmi jurnalı “Proceedings of the National Academy of Sciences of the United States of America”da dərc olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm