Pikassonun əsəri 67,5 milyon dollara satıldı
Bizi izləyin

Dünya

Pikassonun əsəri 67,5 milyon dollara satıldı

Nyu-Yorkda Sotheby’s hərracında rəssam Pablo Pikassonun əsəri 67,5 milyon dollara satılıb.

Ispaniyalı rəssam “Müğənni Kabare” (La Gommeuse) adlı əsərini 1901-ci ildə 19 yaşında çəkib. Qadın əks olunan portretin ilkin qiyməti 60 milyon dollar olub.

Hərracda Niderland rəssamı Vinsent van Qoqun rəsmi isə 54 milyon dollara satılıb. “Yağış buludları ilə peyzaj” adlı əsərdə Fransanın cənub-şərqində təbiət mənzərəsi əks olunub. Bu rəsmi o, 1888-ci ildə çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm