İŞİD Suriya müxalifətinə qarşı bunu da etdi – İLK DƏFƏ
Bizi izləyin

Dünya

İŞİD Suriya müxalifətinə qarşı bunu da etdi – İLK DƏFƏ

Baş ofisi Haaqa şəhərində yerləşən Kimyəvi Silahların Qadağan olunması Təşkilatı ilk dəfə olaraq İŞİD terror təşkilatının kimyəvi silahdan istifadə etdiyini bəyan edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, təşkilatın açıqlamasında deyilir ki, İŞİD terror təşkilatı Suriyada əhaliyə qarşı kimyəvi silahdan istifadə edib.

Təşkilatın apardığı araşdırma zamanı məlum olub ki, bu ilin avqust ayında Hələbin Marea qəsəbəsində İŞİD ilə Suriya müxalifəti arasında silahlı döyüş baş verib. Həmin döyüş zamanı İŞİD müxalifətə qarşı xlor qazından istifadə edib.

Kimyəvi Silahların Qadağan olunması Təşkilatının hazırladığı hesabata görə, kimyəvi zəhərlənmə nəticəsində onlarla insan həyatını itirib. Bununla da ilk dəfə olaraq beynəlxalq səviyyədə İŞİD-in kimyəvi silahdan istifadə etdiyi təsdiqini tapıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm