G-20 sammiti və İŞİD əməliyyatı - 20 nəfər saxlanıldı - VİDEO
Bizi izləyin

Dünya

G-20 sammiti və İŞİD əməliyyatı - 20 nəfər saxlanıldı - VİDEO

Türkiyənin Antalya şəhərində G-20 sammiti öncəsi İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində ikisi qadın olmaqla 20 nəfər saxlanılıb.

Saxlanılan şəxslər İŞİD-lə əlaqələrdə ittiham olunur. Onlardan 2 nəfəri Rusiya vətəndaşıdır. Şübhəlilərin Antalyada İŞİD adından fəaliyyət göstərdiyi, İraq və Suriyadakı İŞİD üzvləri ilə görüşdükləri müəyyənləşdirilib.

Qeyd edək ki, G-20 sammiti 14-16 noyabr tarixlərində Antalya şəhərində keçiriləcək. Tədbirdə dünyanın ən yüksək inkişaf etmiş liderləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Türkiyə ev sahibi hüququndan istifadə edərək sammitə Azərbaycanı da dəvət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm