“Anonymous”dan Sarkisyana QIRMIZI KART - VİDEO
Bizi izləyin

Dünya

“Anonymous”dan Sarkisyana QIRMIZI KART - VİDEO

“Anonymous” hakerlər qrupu İrəvanın Azadlıq meydanında sayca 3-cü yürüşünü keçirib.

Axar.az xəbər verir ki, etirazçılar yürüş zamanı hökumətin istefasını tələb edərək, qırmızı kart göstəriblər.

Onlar Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin binasına doğru hərəkət etmək istəsələr də, polis buna mane olub. Lakin aksiyanın rəhbər şəxslərindən “Tseqakron” partiyasının lideri Şant Arutyunyan və bəzi şəxslər polislə danışıqlardan sonra səddi keçərək, Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin binası qarşısında etiraz səslərini yüksəldiblər.

Qeyd edək ki, “Anonymous” Ermənistanda ilk yürüşünü 5 noyabr 2013-cü ildə keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm