Prezident bığlarını mərcə qoydu
Bizi izləyin

Dünya

Prezident bığlarını mərcə qoydu

Venesuela prezidenti Nikolas Maduro bığlarını mərcə qoyub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı 2016-cı ilin sonuna kimi bir milyonuncu mənzilin təhvil verilməyəcəyi halda bığlarını kəsəcəyini bildirib.

“Beləliklə, hər kəs sözümüzü yerinə yetirmədiyimizi biləcək”, - prezident deyib.

Üzünü mənkunlaşma nazirinə tutan Madura bığlarının taleyinin onun əlində olduğunu söyləyib. Prezident xalqın onlara güvəndiyini, uğursuzluğa yer olmadığını vurğulayıb.

Maduronun bığları yoxsul xalq tərəfindən bir zamanlar avtobus sürücüsü olan dövlət başçısının mənşəyinin simvolu olaraq qəbul edilir.

Maduronun bu açıqlamasından sonra sosial şəbəkələrdə dövlət başçısının bığsız vəziyyətini göstərən şəkillər paylaşılmağa başlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm