ABŞ-da anti-Türkiyə planı - Klintona 100 milyon dollar niyə verilib?
Bizi izləyin

Dünya

ABŞ-da anti-Türkiyə planı - Klintona 100 milyon dollar niyə verilib?

Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) Fəthullah Gülənlə ABŞ prezidentliyinə namizəd, keçmiş dövlət katibi Hillari Klinton arasındakı əlaqələri ortaya çıxarıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, MASAK FETÖ-nin (Fəthullahçı Gülən Terror Təşkilatı) Hillari Klintona yüz milyon dollardan çox pul köçürdüyünü müəyyənləşdirib.

Bu pulun böyük hissəsinin Klintonun seçki kampaniyasına xərcləndiyi deyilir.

İddiaya görə, 17-25 dekabr tarixlərində dövlət çevrilişi cəhdlərindən nəticə almayan FETÖ Mustafa Yaşılın liderliyi ilə nümayəndə heyətini ABŞ-a göndərib. Aralarında təşkilatın ABŞ-da qurduğu dərnək və vəqflərin rəhbərlərinin də olduğu heyət ABŞ Konqresi, BMT və ştatlarda Türkiyə əleyhinə danışıqlar aparıb. Türkiyəni avtoritar ölkə kimi göstərməyə çalışan FETÖ “Human Rights Watch”, “Freedom House”, “Amnesty International” və “Committee To Protect Journalists” kimi beynəlxalq təşkilatları Türkiyə əleyhinə təşkilatlandırıb.

MASAK fətullahçıların ABŞ-da 166 vəqf və dərnəyinin olduğunu müəyyənləşdirib. FETÖ-nin özlərinə rəqib gördükləri ABŞ-dakı türk dərnəklərini də erməni və yəhudi lobbiləri ilə əməkdaşlıq edərək “demokratiya əleyhdarı” kimi göstərməyə çalışdığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm