Almaniya nasistlərə hələ də təzminat verir - ŞOK FAKT
Bizi izləyin

Dünya

Almaniya nasistlərə hələ də təzminat verir - ŞOK FAKT

Nasizm dövründə Sovetlər İttifaqına qarşı könüllü döyüşən ispanlara Almaniya hökumətinin hələ də təzminat ödədiyi bəlli olub.

Axar.az xəbər verir ki, bu fakt sol təmayüllü partiyadan olan millət vəkili Andrey Hunkonun hökumətə göndərdiyi sorğudan sonra ortaya çıxıb.

Belə ki, 1962-ci ildə İspaniya diktatoru Fransisko Franko ilə nasist hökuməti arasında imzalanan müqavilənin hələ də qüvvədə olduğu məlum olub.

Sözügedən millət vəkili bildirib ki, müharibənin bitməsindən 70 il sonra ispanlara hər ay pul ödənilməsi skandaldır:

“İkinci Dünya müharibəsi qurbanlarına təzminat ödəməyən Almaniya hökuməti nasistlərlə birgə döyüşən insanlara hələ də pul ödəyir. Bu olduqca anlaşılmazdır”

Qeyd edək ki, İspaniyada diktator Frankonun əmri ilə 47 minə yaxın ispan nasistlərlə birgə SSRİ-yə qarşı döyüşmüşdür. Nəticədə rəsmi Berlin o zamandan bu günə qədər həmin ispan ailələrinə ildə 107 min avrodan çox təzminat ödəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm