Yaşlı qadın ölümündən əvvəl bir milyon avronu doğradı
Bizi izləyin

Dünya

Yaşlı qadın ölümündən əvvəl bir milyon avronu doğradı

Avstraliyada 85 yaşlı qadın ölümündən əvvəl qohumlarına vəsiyyət etdiyi pulu doğrayıb.

Publika.az “The Local” nəşrinə istinadən xəbər verir ki, pulun miqdarı 950 min avro olub.

Adı açıqlanmayan yaşlı qadın ötən həftə qocalar evində dünyasını dəyişib. Doğranmış pullar onun yatağının altından tapılıb. Qadının belə bir addım atmasının səbəbi məlum deyil.

Prokuror Erix Xabis bildirib ki, hadisədə cinayət tərkibi yoxdur, çünki pulu məhv edən onun sahibidir. O, həmçinin qeyd edib ki, dövlət yaranmış vəziyyətdə qohumlara kömək edə bilməyəcək.

Amma Avstriya Milli Bankı doğranmış pulu dəyişməyə hazır olduğunu açıqlayıb. “Əgər varislər pulun parçalarını tapsalar və sübut edə bilsələr ki, onlar həqiqətən puldur, dəyişməyə hazırıq”, - bankın nümayəndəsi Fridrix Xammerşmidt deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm