Bir uşaq artıq çıxdı
Bizi izləyin

Dünya

Bir uşaq artıq çıxdı

Istanbulda boşanmağa hazırlaşan 3 uşaqlı qadın sənədləri hazırlayarkən üzərinə qeydli olan uşaqların sayının 4 olduğunu öyrənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın bununla bağlı məhkəməyə müracət edib.

Məhkəmədə məlum olub ki, qadının həyat yoldaşı Moldova əsilli sevgilisindən dünyaya gələn 9 yaşındakı uşağı onun üzərinə yazdırıb.

Uşağa sənəd almaq üçün bu vasitədən istifadə etdiyini etiraf edən atanı saxtakarlığa görə, 3 ilə qədər həbs cəzası gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm