Məscidlərdə azanı susduran vəkil qələbəsini belə qeyd etdi- VİDEO
Bizi izləyin

Dünya

Məscidlərdə azanı susduran vəkil qələbəsini belə qeyd etdi- VİDEO

Şimali Kipr Türk Respublikasında səsgücləndiricilərlə azanın oxunmasından şikayət edən vəkil Fəza Güzeloğlu məhkəməni udub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, vəkil məhkəmə qərarından sonra “Facebook”dakı hesabından qələbəsini elan edib.

Şimali Kipr Türk Respublikasının Güzelyurt mahalına bağlı olan Lefke qəsəbəsində Fəza Güzeloğlu adlı vəkil səhər azanının onu narahat etdiyini iddia edərək məhkəməyə müraciət edib. Məhkəmə qəsəbədə səhər azanının səsgücləndiricilərlə oxunmasına qadağa qoyub.

“Müjdə! Müjdə! Müjdəəəəə!!! Bu gün Lefke məhkəməsi məscidlərimizdə səhər azanı və ərəb dilində oxunan duaların artıq səsgücləndiricilərlə oxunmasını qadağan edib”, - vəkil “Facebook”da yazıb.

Məhkəmənin qərarı hələlik üç məscidə aid edilir. Bənzər şikayətlər respublikanın digər bölgələrindən də gələrsə qadağanın həmin bölgələrdəki məscidlərə də tətbiq edilməsi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm