Arvad ərini kafedə döydü - VİDEO
Bizi izləyin

Dünya

Arvad ərini kafedə döydü - VİDEO

"Bu şərəfsiz, bu köpək məni aldadır! Mənə xəyanət edir! Buraya gəl, yaramaz!" Çılğına dönmüş qadın ərini kafedə döyməyə başlayıb. Polis əməkdaşları isə baş verənləri laqeydcəsinə müşahidə edirdilər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Perunun şimal-qərbindəki Kahamarka şəhərində yaşanıb.
Syuzana Vaskes əri Hayme Sambraonun məşuqəsinin olmasından çoxdan şübhələnmişdi.
Axşamlar "işdə problemlər var, bir qədər gec qayıdacağam" sözləri, həftədə ən azı bir dəfə "qəfil ezamiyyət"lər və bu kimi olaylar Syuzananın şübhələrini artırmışdı. Dünənsə Hayme dostları ilə balıq tutmağa gedəcəyini deyib və evdən çıxıb. Syuzana da onu təqib etməyə başlayıb.

O, əri Haymenin balıq tutmağa yox, şəhərin ucqarlarındakı otellərdən birinə yollandığını görüb.
Otelin qarşısında bir qadınla görüşən, onunla öpüşüb qucaqlaşan Hayme sonra həmin qadınla otelə daxil olublar.

Syuzana da yaxınlıqdakı polislərin yanına gedərək ərinin ona xəyanət etdiyini söyləyərək kömək istəyib.
Polislər otelin foyesində Hayme Sambraonu saxlayıblar və Syuzana ilə birlikdə yaxınlıqdakı kafeyə tərəf aparıblar.

Kafedə Syuzana ərini söyməyə, ağlamağa, qışqırmağa başlayıb. Sonra o, əlindəki rezin kabel kəsiyi ilə Haymeni döyüb.
"Sən hamımıza xəyanət etdin! Sənə demişdim axı - bu çirkin işini üzə çıxaracağam. Evə maaş gətirmirsən, uşaqların acdır, sən isə pulunu fahişəyə xərcləyirsən", - deyən Syuzana ərini vururdu.

Polis sonucda onu zorla sakitləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm