Rusiya təyyarəsi qəzaya düşdü, Türkiyə qazandı! - Büdcə necə artacaq?
Bizi izləyin

Dünya

Rusiya təyyarəsi qəzaya düşdü, Türkiyə qazandı! - Büdcə necə artacaq?

Rusiyanın "Airbus 321" laynerinin Misirin Sinay yarımadasında qəzaya uğraması Türkiyə turizminə əlavə gəlir gətirəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Tur Operatorları Dərnəyi turistlərə Misir turları əvəzinə Türkiyənin təklif ediləcəyini söyləyib.

Onun sözlərinı görə, dəyişiklik Misirin turizm mərkəzləri Şarm-əl-Şeyx və Hurqada şəhərlərinə uçuşların dayandırılması ilə bağlıdır.

“Turistlərə Türkiyənin turizm mərkəzlərindəki ən uyğun alternativ variantları təqdim edəcəyik. Bu variantları rədd edən turistlərin turlarını ləğv etmək məcburiyyətində qalacağıq”, - Rusiya Tur Operatorları Dərnəyindən bildirilib.

Qeyd edək ki, Türkiyə ildə 45 milyona yaxın turist qəbul edir. Ötən il Türkiyənin turizm sahəsindən qazandığı pul isə 36 milyard dollar olub. Türkiyə Rusiyadan ildə təxminən 3,5-4 milyon turist qəbul edir. Bu isə ölkənin büdcəsinə ildə təxminən 4 milyard dollar pul gətirir. Neftin qiymətlərinin aşağı düşməsindən sonra yaranan maliyyə böhranı ilə əlaqədar olaraq Rusiya rəhbərləri vətəndaşlarına ölkə daxilində istirahət etməyi, xüsusilə 2014-cü ildə ilhaq edilən Krıma səyahət etmələrini məsləhət görmüşdü. Lakin bu çağırış rusların Türkiyəyə axınına bir o qədər təsir etməyib.

Qeyd edək ki, “Koqalımavia” şirkətinə məxsus "Airbus 321" layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sina yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

Hadisədən sonra dünyanın 10-dan çox tanınmış aviaşirkəti məşhur turizm mərkəzləri olan Sinay yarımadasına uçuşları dayandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm