Rusiyalı nazirin meyiti tapıldı
Bizi izləyin

Dünya

Rusiyalı nazirin meyiti tapıldı

Rusiyanın keçmiş mətbuat naziri Mixail Lesinin cəsədi dünən Vaşinqton mehmanxanalarından birində tapılıb.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə yüksək vəzifəli mənbələrə istinadən “ABC News” telekanalı bildirib.

Telekanalın məlumatına görə, Lesinin cəsədi “Dupont” mehmanxanasının nömrəsində aşkarlanıb. Vaşinqton polisi ölüm fakt üzrə araşdırmalara başlayıb. ABŞ hakimiyyəti hadisə haqqında Rusiyanın Vaşinqtondakı səfirliyinə məlumat verib. Hazırda Rusiya diplomatları ABŞ hüquq-mühafizə orqanları ilə birlikdə araşdırma işində iştirak edirlər.

Daha əvvəl bildirilirdi ki, Lesinin ölümünə ürəktutma səbəbi olub.

O, 1999-cu ildən 2004-cü ilə qədər Mətbuat Nazirliyinə rəhbərlik edib. Sonrakı beş il ərzində Rusiya prezidentinin məsləhətçisi olub. 2005-ci ildə Lesinin təşəbbüsü ilə “Russia Today”(hazırda RT) dövlət telekanalı yaradılıb.

Mixail Lesin 2013-cü ilin payızından 2014-cü ilin dekabrına kimi “Qazprom-media”ya başçılıq edib və “ailə şəraiti” ilə əlaqədar vəzifəsindən gedib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm