6 yaşlı körpəni güllələyən polislər tutuldu
Bizi izləyin

Dünya

6 yaşlı körpəni güllələyən polislər tutuldu

ABŞ-ın Luiziana ştatında 6 yaşlı uşağı güllələyən 2 polis əməkdaşı həbs edilib.

Publika.az-ın məlumatına görə, 32 yaşlı Derik Stafford və 23 yaşlı Norris Qrinhausa adam öldürmək və adam öldürməyə cəhd ittihamları irəli sürülüb. Polkovnik Mayk Edmonson formalarında gəzdirdikləri polis nişanından vacib heç nə olmadığını bəyan edib: “Bu nişan bizə verilən üstünlük deyil, hüquqdur. Məhz buna görə cəmiyyət həmin nişanı gəzdirməyə icazə verir. Bu gün isə hımin nişan ləkələnib...”

Körpənin öldürülməsində daha 2 polis əməkdaşının iştirak etdiyi güman edilsə də, hələlik onların tutulması ilə bağlı qərar verilməyib.

Polis əməkdaşları noyabrın 6-da Luiziana ştatının Marksvill şəhərində 6 yaşlı Ceremi Mardisi öldürüblər, onun atası Kris Fyunu isə ağır yaralayıblar.

Maşının sükanı arxasında olan Fyu polisin dayanmaq əmrinə tabe olmayaraq qaçmağa cəhd edib və bundan sonra onun təqib edilməsinə başlanılıb. Təqibdən qaçan sürücü dalana girib, sonra isə avtomobili polislərin üzərinə sürüb. Polislər atəş açaraq sürücünü yaralayıblar, maşında olan 6 yaşlı körpəni isə öldürüblər. Körpənin başından və sinəsindən 2 güllə dəyib. Fyu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm