Türkiyədə mahal döyüş meydanına çevrildi
Bizi izləyin

Dünya

Türkiyədə mahal döyüş meydanına çevrildi

Noyabrın 1-də keçirilən parlament seçkilərindən sonra Türkiyənin cənubi-şərq vilayətlərində vəziyyət yenidən gərginləşib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Şırnak vilayətinin Cizrə mahalında təhlükəsizlik gücləri ilə PKK terror təşkilatının üzvləri arasında qarşıdurma olub.

Məlumata görə, üzləri bağlı bir qrup PKK-çı mahalın Nusaybin prospektindəki avtobus terminalına gələrək sərnişinləri avtobuslardan endirib. PKK-çılar hadisə yerinə gələn təhlükəsizlik güclərinə “Molotof kokteyli”, hava fişəngləri və odlu silahlarla hücum ediblər.

Mahalın Cudi, Nur, Sur və Yafes məhəllələrində toplanan digər PKK-çılar isə onlara gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilədə olan polisə “Molotof kokteyli” və hava fişəngləri ilə cavab veriblər.

Polisin müdaxiləsindən sonra qaçan terrorçular bir bank şöbəsini yandırıb. Mahalın Yeni və Dəclə məhəllələrində yoldan keçən zirehli polis maşınlarına atəş açan terrorçular təhlükəsizlik güclərinin cavab verməsi ilə ara küçələrə qaçaraq gizləniblər.

Silvan mahalında küçəyə çıxma qadağasının davam etdiyi Təkəl ilə Məscid məhəllələrində aparılan əməliyyatlar zamanı Köhnə Bitlis prospektində yerləşən 2 ev terrorçular tərəfindən atəşə tutulub. İnsan itkisinin olmadığı evlərdə yanğın baş verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm