ABŞ-dan “Hizbullah”a sanksiya zərbəsi
Bizi izləyin

Dünya

ABŞ-dan “Hizbullah”a sanksiya zərbəsi

ABŞ-ın Maliyyə Nazirliyi ikisi Çin və biri Livanın olmaqla üç şirkətə qarşı sanksiyaların tətbiq olunacağını açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şirkətlər Livanın “Hizbullah” təşkilatını pilotsuz uçuş aparatlarının istehsalında istifadə edilən texnologiya ilə təmin etməkdə ittiham olunurlar.

Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı üzrə nümayəndəsi Adam Szubin “Hizbullah” təşkilatının terrorçu təşkilat olduğunu xatırladıb.

Maliyyə Nazirliyinin sanksiyalarına məruz qalan Livanın “Vatech SARL” şirkətinin sahibi Fadi Hüseyn Serhan da Vaşinqtonun hədəfi seçilib. Serhanın ABŞ, Avropa, Asiya və Yaxın Şərqdəki bir çox şirkətdən “Hizbullah” üçün pilotsuz hava vasitələri, ehtiyat hissələr və müxtəlif elektronika məhsulları aldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm