• USD 1,7000 0,00% EUR 1,9254 -0,67%
    • GBP 2,1593 -0,51% RUB 0,0255 +1,57%

ABŞ hava limanlarında nəzarəti gücləndirdi

ABŞ hava limanlarında nəzarəti gücləndirdi

ABŞ hökuməti Rusiya təyyarəsinin Misirdə qəzaya uğramasından sonra ölkəyə gələn uçuşlarda təhlükəsizliyi gücləndirir. Bununla xüsusilə təyyarənin bortuna gətirilən əşyaların daha ciddi yoxlanması nəzərdə tutulur.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı ABŞ-ın daxili təhlükəsizlik naziri Cey Conson açıqlama verib.

O deyib ki, Daxili Təhlükəsizlik Nazirliyi Nəqliyyat Nazirliyi ilə birlikdə müvəqqəti olaraq bəzi regionlardan ABŞ-a gələn sərnişin təyyarələrində təhlükəsizliyin artırılmasına dair ehtiyat tədbirləri görülməsi qərarına gəlib.

Daxili təhlükəsizlik naziri görüləcək tədbirlərin detalları ilə bağlı açıqlama verməyib. Bununla belə bildirib ki, vəziyyət nəzərdən keçiriləndən sonra əlavə tədbirlərə ehtiyacın olub-olmaması haqda qərar veriləcək.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>