Qahirə hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib
Bizi izləyin

Dünya

Qahirə hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib

İtaliyanın “Alitalia” hava yolları şirkəti Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsinin qəzaya uğramasından dərhal sonra Qahirə beynəlxalq hava limanında təhlükəsizlik tədbirlərini gücləndirib.

ANSA-nın məlumatına görə, şirkət bəyanatında artıq sahibsiz baqajların qəbulunu dayandırdığını bildirib. Eyni zamanda, Misirin paytaxtını tərk edən sərnişinlərə əlavə təhlükəsizlik tədbirlərinə görə hava limanına bir neçə saat əvvəl gəlmələri məsləhət görülüb. Xatırladılıb ki, “Alitalia” Misirin Sinay yarımadası, eləcə də hər hansı digər müharibə zonası üzərindən uçuşlar həyata keçirmir.

Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm