Avqustdan bəri gizlədilən sirr açıldı
Bizi izləyin

Dünya

Avqustdan bəri gizlədilən sirr açıldı

Almaniya KİV-lərində “The Guardian” qəzetinə istinadla verilən məlumata görə, Britaniyanın “Thomson Airways” şirkətinə məxsus olan və Londondan Misirin Şarm-əş-Şeyx şəhərinə turist daşıyan təyyarə az qala raket hədəfinə çevriləcəkmiş.

Qəzet yazır ki, bu hadisə avqust ayının 23-də baş verib. Həmin gün içərisində 189 sərnişin olan təyyarə Şarm-əş-Şeyxə yaxınlaşarkən pilot 300 metr məsafədə raket olduğunu görüb.

Raketdən yayınmaq üçün manevr edən pilot təyyarəni Şarm-əş-Şeyxdə sağ-salamat yerə endirib. Böyük Britaniya Nəqliyyat Nazirliyi həqiqətən belə bir insident baş verməsini təsdiqləyib, lakin raketin avialaynerə tuşlanmasına şübhə etdiyini bildirib. Nazirlikdə güman edirlər ki, sözügedən mərmi o vaxt Misir ordusunun həmin rayonda keçirdiyi hərbi təlimin gedişində buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm