Kreml Əsədi satır: İran-Rusiya…
Bizi izləyin

Dünya

Kreml Əsədi satır: İran-Rusiya…

Suriya konflikti Rusiya ilə İranın münasibətlərini korlaya bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə Böyük Britaniyanın “Teleqraf” qəzeti çıxış edib. Qəzet İranın Moskvaya inanmadığını bildirib:

“Suriyada müharibə beş ildir davam edir və tərəflərdən heç biri silah gücü hesabında tam qələbə qazanmaq gücünə malik deyillər. Ona görə də danışıqlar başlayıb. Bir müddət öncə müxalifəti görmək istəməyən Moskva artıq onlarla danışıqlar aparmaq istədiyini bildirir. Bu isə Moskvanın mövqeyində aşkar yumşalma tendensiyasının görünməsinə səbəb olur. Əsədin Rusiya müdaxiləsindən yararlana bilməməsi Moskvanı çox narahat edir. Moskva Vyana konfransında danışıqlar apara biləcəyi 38 müxalif qruplaşmanın adını göstərdi. Bunlar sırasında hətta Qərbin qətiyyətlə dəstəklədiyi qüvvələr də var. Artıq Rusiya Əsədin hakimiyyətdə qalmasının tam tərəfdarı deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm