• USD 1,7000 0,00% EUR 1,9349 +0,49%
    • GBP 2,1620 +0,12% RUB 0,0253 -0,79%

66 il sonra görüşdülər

  • Dünya
  • 8 Noyabr 2015 00:23
  • 530 Baxış
66 il sonra görüşdülər

Sinqapurda səfərdə olan Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin noyabrın 7-də Tayvan lideri Ma İn-ceu ilə görüşüb. Bu, 1949-cu ildən sonra ÇXR və Tayvan liderlərinin ilk görüşü kimi tarixə düşüb.

Sinxua agentliyinin məlumatına görə, dünyanın müxtəlif ölkələrindən yüzlərlə jurnalistin iştirakı ilə keçirilmiş görüşdə Tayvan probleminin həlli, iki tərəf arasında əlaqələrin perspektivləri müzakirə olunub. ÇXR Sədri deyib ki, “İki tərəf bir-birindən uzun illər islah olunmasına baxmayaraq, parçalana bilməz. Biz sümükləri qırılmış, lakin ət ilə birləşən qardaşlarıq”.

Qeyd edək ki, 1911-ci ildə qurulan Çin Respublikası İkinci Dünya müharibəsinin gedişində ölkədə yapon istilasına qarşı mübarizədə və daxili qarşıdurmalarda zəifləyib. Çin Kommunist Partiyasının liderliyi ilə 1949-cu il oktyabrın 1-də Çin Xalq Respublikası yaranıb. Həmin hadisələr zamanı Çin Respublikasında hakimiyyətdə olan Qomindan partiyasının rəhbərliyi Tayvan adasına köçərək Taybey şəhərini müvəqqəti paytaxt edərək, Çin Respublikasının fəaliyyətini davam etdirdiyini elan ediblər. Çin Xalq Respublikası Tayvan adasındakı hökuməti tanımayaraq, adanın ÇXR ərazisi olduğunu bəyan edib. Bu fikir ÇXR Konstitusiyasında da öz əksini tapıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>