İraqda dəhşətli xəstəlik: İki mindən çox adam vəbaya yoluxub - VİDEO
Bizi izləyin

Dünya

İraqda dəhşətli xəstəlik: İki mindən çox adam vəbaya yoluxub - VİDEO

İraqda 2200-dən çox adam vəbaya yoluxub.

ANS TV-nin məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi açıqlamasında bildirib.

BBC-nin məlumatına görə, yoluxanların sayı surətlə artır. Oktyabr ayının ortalarında bu rəqəm 1800 nəfər təşkil edirdisə, hazırda 2200 nəfəri keçib.

Xəstəliyin əsas səbəbi kimi ölkədəki su qıtlığı əsas göstərilir.

BMT-nin məlumatına görə, vəbanın əsas yayılma ocağı Bağdad ətrafı və Babil əyalətindədir.

Xəstəliyə yoluxanlardan 20 faizinin uşaqlar olduğu bildirilir. Bu, İraq ərazisində ilk vəba (xolera) epidemiyası deyil.

2007-ci ildə 4 mindən çox adam bu xəstəliyə yoluxmuşdu. Həmin il 24 nəfərin həyatını itirdiyi rəsmiləşmişdi.

2012-ci ildə isə ölkənin ən böyük şəhərlərindən biri Kərkükdə 300 nəfərin vəbaya yoluxduğu ortaya çıxmışdı.

Həmin epidemiya zamanı insan itkisi qeydə alınmışdır.

Mütəxəssislər isə hələ ki, heç kəsə İraqa getməyi tövsiyə etmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm