Prezident maşınının nömrəsi 100000 dollara satıldı - FOTO
Bizi izləyin

Dünya

Prezident maşınının nömrəsi 100000 dollara satıldı - FOTO

ABŞ-nin 35-ci prezidenti Con Kennedinin maşınının nömrə nişanı hərracda 100 min dollara satılıb.

Publika.az xəbər verir ki, bu barədə Heritage Auctions auksion evi xəbər yayıb.

Bildirilir ki, Texas ştatının Dallas şəhərində keçirilən auksion zamanı mərhum prezidentin maşınının nömrəsi 100 min dollara satılıb. GG-300 yaşıl rəngli dövlət nömrə nişanının hərracda ilkin qiyməti 40 min dollar olub.

Nömrəyə 100 000 dolları verənin adı anonim saxlanılır. Lakin məlum olub ki, həmin şəxs Kennedi ailəsinə məxsus əşyaların kolleksiyasını toplayır.

Heritage Auctions-dan bildirilib ki, 1963-cü ildə Kennedinin olduğu prezident limuzini "Ford" avtomobil şirkəti tərəfindən istehsal olunub. Həmin avtomobil Ohayo ştatında yerləşən Hess & Eisenhardt şirkəti tərəfindən sifariş edilib.

Xatırladaq ki, Con Kennedi 22 noyabr 1963-cü ildə nömrə nişanı satılan maşında sui-qəsdə uğrayaraq həyatını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm